Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-05-2024 , 09:27

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nərimanov Bələdiyyəsində Vətən Müharibəsi Qəhrəmanının həyat yoldaşı işlə təmin edilib

“Nərimanov Bələdiyyəsində şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. 

Sədrin sözlərinə görə, bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin tövsiyəsi ilə  Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudrəliyevin həyat yoldaşı Nazilə Nudrəliyeva bələdiyyədə işlə təmin edilib. Şöbə müdirinin müavini  vəzifəsinə təyinat alan Nazilə Nudrəliyeva Neft Akademiyasını bitirib. 

Təmraz Tağıyev bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudrəliyev kimi qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımız düşməndən təmizləyərək xalqımıza qələbə sevinci bəxş ediblər.

Sədr bildirib ki, Nərimanov bələdiyyəsi  şəhid və qazi ailələrinin   müraciətlərini daim diqqətdə saxlamaqla, qalıdırılan problemlərin həllinə  çalışır və bunu özünə borc bilir. 

Qeyd edək ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Xatırladaq ki, Zaur Nudrəliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının Komandirinin uçuş hazırlığı üzrə müavini, "Su-25" hücum təyyarəsinin pilotu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanıdır.

Məhz Zaur Nudrəliyevin sayəsində Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdir, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olmuşdur.

Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər